Mirzoyan estoniyalı həmkarına Azərbaycanla sərhədlərin delimitasiyası prosesi barədə danışıb

Mirzoyan estoniyalı həmkarına Azərbaycanla sərhədlərin delimitasiyası prosesi barədə danışıb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığı aparıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Regional hadisələr kontekstində A.Mirzoyan Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların gedişatını təqdim edib. O, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında sərhədlərin delimitasiyası prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər həmçinin ikitərəfli münasibətlər və Ermənistan-Avropa İttifaqı əməkdaşlıq gündəliyi ilə bağlı məsələləri müzakirə ediblər. Onlar Ermənistan və Estoniya arasında genişlənən siyasi dialoqdan məmnun olduqlarını bildiriblər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM