Erməni apostol kilsəsinin əmlakı əlindən alına bilər

Erməni apostol kilsəsinin əmlakı əlindən alına bilər

Ermənistan hakimiyyəti dövlət ehtiyacları üçün erməni apostol kilsəsinin əmlakını əlindən ala bilər.

NUHÇIXAN xəbər verir ki, bunu parlamentdə keçirdiyi brifinqdə baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş müqaviləsi” partiyası fraksiyasının katibi Artur Ovannisyan deyib.

“Erməni apostol kilsəsinin xüsusi statusu var, lakin Ermənistanda baş verən demokratik və vergi dəyişikliklərini nəzərə alsaq, dövriyyədə olan maliyyə resursları kölgədən çıxmalıdır. Bəli, kilsənin bir sıra imtiyazları var, elə ərazilər var ki, istifadə olunmur. Onlar dövlətin müxtəlif ehtiyacları üçün istifadə edilə bilər”, – deyə o bildirib. Ovannisyanın sözlərinə görə, kilsə dövlətlə əməkdaşlıq etməli və kölgədən çıxmalıdır”.

Xatırladaq ki, Ermənistanda Tavuş yeparxiyasının sədri, arxiyepiskop Baqratın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının hökumət əleyhinə etirazları davam edir.

Xəbər lenti
Qurtuluşdan zəfərə

12:08 15.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM