Braziliyada daşqın qurbanlarının sayı 90 nəfərə çatıb

Braziliyada daşqın qurbanlarının sayı 90 nəfərə çatıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, “G1” portalı bu barədə Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, Braziliyanın Argentina və Uruqvayla sərhədyanı rayonlarında təbii fəlakət nəticəsində 362 insan xəsarət alıb, 131 nəfər isə itkin düşüb. Yağışlar və qasırğa 1,17 milyondan çox insana zərər vurub.

Ştatın inzibati mərkəzi Portu-Aleqridə və paytaxt regionunda vəziyyət kritik həddədir. Region əhalisinin təxminən 85 faizi içməli sudan məhrum olub.

Qeyd edək ki, Braziliyanın cənub rayonları ötən həftənin əvvəlindən bəri güclü yağışların təsiri altındadır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM