Latviya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

Latviya Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək

Latviya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində Ukraynaya yardım edəcək.

NUHÇIXAN xəbər verir ki, Latviyanın müdafiə naziri Andris Spruds bu barədə Avropa İttifaqı Şurasının xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə Lüksemburqda keçirilən iclasından öncə jurnalistlərə deyib.

“Latviya Ukraynaya hava hücumundan müdafiə sistemləri verməyə hazırdır”, - deyə Andris Spruds bildirib. Lakin o, Riqanın Kiyevə hansı silahlar verəcəyini dəqiqləşdirməyib.

Latviyanın 2023-cü ildə 4 mindən çox ukraynalı hərbçiyə təlim keçdiyini xatırladan nazir təlimlərin bu il də davam etdiyini bildirib.

Andris Spruds bu il ölkəsinin müdafiə xərclərinin ümumdaxili məhsulun 3 faizinə yaxınlaşacağını qeyd edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM