Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib

Ermənistan MTX “Zvartnots” aeroportunda xidmətə qəbul elan edib

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) Sərhəd Qoşunları “Zvartnots” aeroptunda və Gürcüstanla sərhəd “Baqrataşen” keçid məntəqəsində xidmətə qəbul elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-i MTX-nin mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.

“Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları “Zvartnots” aeroportunda və Gürcüstanla sərhəd “Baqrataşen” keçid məntəqəsində və digər buraxılış məntəqələrində hərbi xidmətə qəbulu təşkil edir”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan avqustun 1-dən etibarən “Zvartnots” hava limanında müstəqil şəkildə sərhəd nəzarətini həyata keçirmək niyyəti barədə Rusiya tərəfini rəsmi məlumatlandırıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM