BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

Birləşmiş Millətlər Təşkilatının 143 ölkə arasında qiymətləndirmə əsasında müəyyən etdiyi dünya xoşbəxtlik hesabatında Finlandiya yeddinci dəfə birinci olub.

NUHÇIXAN  “BBC”yə istinadla xəbər verir ki, hesabata görə, Türkiyə 98-ci yerə yüksəlib, ən bədbəxt ölkə isə Əfqanıstan seçilib.

Türkiyə keçən il eyni siyahıda 106-cı yerdə idi. Hesabatda ilk onluğa daxil olan iki qeyri-Avropa ölkəsi isə Avstraliya və İsrail olub. Dünya xoşbəxtlik hesabatı bu il ilk dəfə məlumatları yaş qruplarına görə ayırıb. Buna görə də Qərb ölkələrində yaşayan gənclərin xoşbəxtlik səviyyələrinin azaldığı müəyyən edilib. ABŞ hesabat dərc edildikdən sonra ilk dəfə ilk 20-likdən kənarda qalıb. Finlandiya ümumi orta göstəricidə birinci olsa da, gənclərin ən xoşbəxt olduğu ölkə Litva olub. İsrail və Serbiya gənclərin xoşbəxtliyinə görə, ilk üçlükdə olduğu halda, ABŞ bu siyahıda 62-ci, Böyük Britaniya isə 32-ci sıradadır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM