ABŞ-nin Tennessi ştatında kiçik həcmli təyyarənin qəzaya uğraması nəticəsində göyərtəsində olan bir neçə nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Neşvil şəhərinin polisi məlumat yayıb.
Qeyd olunub ki, polis qəzaya uğrayan təyyarənin hansı istiqamətdə hərəkət etdiyini müəyyənləşdirmək üçün araşdırmalar aparır.