Ağdərə rayonu yenidən təşkil olunur

Ağdərə rayonu yenidən təşkil olunur

Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin dekabrın 5-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

NUHÇIXAN xəbər verir ki, qanun layihəsinə əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonunun ərazisi əvvəlki qaydada təşkil olunur.

Suqovuşan qəsəbəsi də yenidən Ağdərə rayonunun tərkibinə verilir, rayonun mərkəzi isə Ağdərə şəhəri olacaq.

Layihədə Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadratkilometr sahənin Ağdərə rayonunun inzibati ərazisinə verilməsi təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi təsdiq edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM