Naxçıvanın Maliyyə Nazirliyinin əsasnaməsi və strukturu yenidən təsdiq edilib

Naxçıvanın Maliyyə Nazirliyinin əsasnaməsi və strukturu yenidən təsdiq edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 29-da Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin və nazirliyin strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb. 

NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin.

2. “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin strukturu” təsdiq edilsin .

3. “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin və nazirliyin strukturunun təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin  2009-cu il 20 fevral tarixli  155-III FR nömrəli Fərmanı ləğv edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM