Girne şəhərindəki məktəbdə Azərbaycan Günü təşkil edilib - FOTOLAR

Girne şəhərindəki məktəbdə Azərbaycan Günü təşkil edilib<font color=red> - FOTOLAR</font> Girne şəhərindəki məktəbdə Azərbaycan Günü təşkil edilib<font color=red> - FOTOLAR</font> Girne şəhərindəki məktəbdə Azərbaycan Günü təşkil edilib<font color=red> - FOTOLAR</font> Girne şəhərindəki məktəbdə Azərbaycan Günü təşkil edilib<font color=red> - FOTOLAR</font> Girne şəhərindəki məktəbdə Azərbaycan Günü təşkil edilib<font color=red> - FOTOLAR</font>

Şimali Kipr Türk Respublikasının Girne şəhərində yerləşən Doktor Fazil Küçük adına ibtidai məktəbdə Azərbaycan Günü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan izdihamlı və coşğulu tədbirdə məktəbin müəllim-şagird heyəti iştirak edib.

Tədbirdə çıxış edən cəmiyyətin sədri Orxan Həsənoğlu üç qardaş ölkə olan Azərbaycan, Türkiyə və Şimali Kiprin ortaq mədəniyyətindən, Türkiyə-Azərbaycan birliyinin bütün dünyaya nümunə olmasından söz açıb: “Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mərkəzində qardaş respublikalarla hərtərəfli qarşılıqlı iş birliyi dayanır. Artıq ölkəmiz öz maddi-mənəvi imkanlarını öz qardaşları ilə paylaşır. Azərbaycanın Qarabağ Zəfərindən sonra öz suveren ərazilərini bərpa etməsi bütün dünya türklərini sevindirir. Biz bu gün 1500-ə yaxın soydaşımızla birlikdə Şimali Kipr Türk Respublikasında yaşayırıq. Kipr təhsil sektorunda öz peşəsinə hakim yaxşı müəllimlər çalışır. Onların bu ölkənin elminə töhfəsi danılmazdır Burada yaşayan soydaşlarımız cəmiyyətdə böyük nüfuz sahibidirlər”.

Orxan Həsənoğlu qeyd edib ki, Azərbaycan haqqında kiprli şagirdlərdə təsəvvürlərin formalaşması baxımından cəmiyyət mütəmadi olaraq bu cür tədbirlərin keçirilməsini nəzərdə tutub. Bu məqsədlə artıq respublikanın Təhsil Nazirliyi ilə birlikdə layihələr hazırlanır.

Tədbir zamanı cəmiyyətin üzvü, rəssam Pəri Balayeva uşaqlarla birlikdə müxtəlif rəsmlər çəkib. Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin nəzdində yaradılmış Lütfi Zadə Robot Texnologiyalar Mərkəzinin əməkdaşı Damla Dönerkaya müxtəlif robotların köməyi ilə proqramların hazırlanmasını göstərib və şagirdlərə təlimlər keçib.

Tədbir çərçivəsində müxtəlif əyləncələr, ölkəmizdən və türk xalqlarından bəhs edən kitabların, suvenirlərin nümayiş etdirildiyi Azərbaycan guşəsi təqdim olunub.

Məktəblilər böyük maraqla Azərbaycandan bəhs edən kitablarla tanış olublar və türk xalqlarına məxsus əyləncəli oyunlara qatılıblar.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM