Memar Əcəmi 900 - VİDEO

Möminə xatun, Yusif Küseyiroğlu türbələri. Bu cür abdələr Naxçıvanın simvoludur desək, səhv olmaz. Çünki bu abidələrə neçə əsrlər öncə yazılan tarixi mənbələrdə də rast gəlirik, bu gün təqdim olunan materiallarda da. Memar Əcəmi Naxçıvani yaradıcılığının bu şah əsərləri UNESCO-nun ehtiyat siyahısına daxil edilib. 

Qeyd edək ki, 2024-2025-ci illərdə Memar Əcəminin 900 illik yubileyi UNESCO çərçivəsində qeyd olunacaq.

Memar Əcəmi Naxçıvani orta əsrlər dövründə Azərbaycanın dahi memarı kimi şöhrət qazanıb. Əsrlər keçməsinə baxmayaraq, bu gün də sənətkarın yaradıcı dühasının həmin sənət əsərlərində gücünü əks etdirir. Bu əsərlər sübut edir ki, Əcəmi Naxçıvani nəinki öz dövrünün, ümumiyyətlə tarix boyunca tayı-bərabəri olmayan ölməz sənətkardır.  

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM