Rəsədxana: Geomaqnit sahəsindəki fəallıq davam edəcək

Rəsədxana: Geomaqnit sahəsindəki fəallıq davam edəcək

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə NUHÇIXAN-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəş ləkələrinin sayı artıb, 10 ləkə qrupu, 172 ləkə və tac dəlikləri müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti 490 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 26 nT, radial istiqamətdə isə 25 nT təşkil edir.

Geomaqnit qasırğası sentyabrın 19-da davam edərək G3 səviyyəsinə kimi yüksəlib. Sentyabrın 24-də axşam saatlarından isə sentyabrın 22-də baş vermiş TKA-nın təsiri ilə yenidən geomaqnit qasırğası (G2) başlayıb və bu gün də davam edir.

Sentyabrın 25-dən oktyabrın 2-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə kimi yüksələcəyi proqnozlaşdırılır. Günəş küləyi sürətinin sentyabrın 27-də normala dönəcəyi gözlənilir.

Sentyabrın 24-dən başlayan geomaqnit qasırğasının G3 səviyyəsinə kimi yüksəlməsi ehtimalı var. Geomaqnit sahəsindəki fəallığın sentyabrın 27-dək davam edəcəyi proqnozlaşdırılır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM