Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib - VİDEO

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında  2023-cü ilin 8 ayı ərzində görülən işlər  müzakirə olunub və  qarşıda duran vəzifələr müəyyənləşdirilib.

NUHÇIXAN xəbər verir ki, iclasda şuranın sədri Qəzənfər Abdullayev çıxış edərək  bildirib ki, sözügedən aylarda muxtar respublikamızda yaşayan 2700 aztəminatlı, şəhid və qazi ailələrinə 245 min 768 manat dəyərində ərzaq sovqatı verilib. Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Düşərgəsində” xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları, o cümlədən şəhid, qazi, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olunmuş, tək valideynli 44 uşağın istirahəti təşkil edilib. Həmçinin gənc idmançılar üçün Yay düşərgəsi təşkil olunub. Bununla yanaşı hər həftənin şənbə və bazar günlərində dövlət qulluqçularının və ailə üzvlərinin istirahətləri həyata keçirilir.

Qəzənfər Abdullayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Şura tərəfindən Qurban bayramı münasibətilə muxtar respublikada yaşayan şəhid, qazi, ahıl, aztəminatlı 1250 ailəyə ümumi dəyəri 118 min manat məbləğində  sovqat yardımı göstərilməsini də diqqətə çatdırıb. Vurğulayıb ki, cari ilin  8 ayı ərzində aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan 242 ailəyə ümumi dəyəri 54 min 300  manat məbləğində maddi yardım göstərilib. “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”na 50 min manat məbləğində vəsait köçürülüb.

İclasda Həmkarlar İttifaqları Şurasında struktur dəyişikliklərinin aparılması da diqqətə çatdırılıb və bildirilib ki, Ağbulaq İstirahət Mərkəzi, Ağbulaqda yerləşən Xizək Mərkəzi, Culfa rayonundakı “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC və tikintisi başa çatmaqda olan “Darıdağ Arsenli Su Müalicə” kompleksi, Darıdağ sanatoriyası Şuranın balansına keçirilib. Vurğulanıb ki, yaxın gələcəkdə istirahət guşələrimizin sayını artırmaq üçün yeni düşərgələr açılacaq.

Şura sədri bildirib ki, cari ilin 8 ayında yüzlərlə ittifaq üzvü və 15 nəfər şəhid ailəsi sanatoriyalarda müayinə və müalicəyə göndərilib, 15 sentyabr – Bilik günü ərəfəsində sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrin uşaqlarına, o cümlədən hər iki valideynini itirmiş və velideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, təkvalideynli uşaqlar, çoxuşaqlı, şəhid və qazi övladları və digər kateqoriyadan olan uşaqlara məktəbli paltarları və dərs ləvazimatları, noyabr ayında isə qış geyimi verilməsi üçün 100 nəfər məktəbli üçün ümumi dəyəri 10 min manat məbləğində maddi yardım ayrılıb.

Sonra məruzə ətrafında çıxışlar dinlənilib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illik yubileyi münasibəti ilə 10 ittifaq üzvü yubiley döş nişanı və pul mükafatı ilə təltif olunub.

                                                                  Hafizə Əliyeva

Xəbər lenti
Unudulmayan qəhrəmanlar…

15:59 24.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM