Naxçıvanda SABAH İncəsənət Festivalı öz işini davam etdirir - VİDEO

Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.

Sonra qonaqlar Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Sonra Naxçıvan Dövlət Milli Dram Teatrının qarşısında Bakı Musiqi Akademiyasının SABAH qrupları tələbələrinin ifasında xor və instrumental musiqi çıxışları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları tələbələrinin ifasında müxtəlif musiqi və rəqs nömrələri, pantomima, tamaşalardan parçalar, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti SABAH qrupları tələbələrinin memarlıq layihələri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qrupları tələbələrinin isə dizayn və dekorativ tətbiqi sənət nümunələrin nümayiş etdirilib.

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının festivaldan hazırladıqları videomaterialı təqdim edir:

                                                                               Adilə Səfərova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM