MEDİA-nın üçüncü könüllülük proqramı yekunlaşıb - FOTOLAR

MEDİA-nın üçüncü könüllülük proqramı yekunlaşıb<font color=red> - FOTOLAR</font> MEDİA-nın üçüncü könüllülük proqramı yekunlaşıb<font color=red> - FOTOLAR</font> MEDİA-nın üçüncü könüllülük proqramı yekunlaşıb<font color=red> - FOTOLAR</font> MEDİA-nın üçüncü könüllülük proqramı yekunlaşıb<font color=red> - FOTOLAR</font>

Medianın İnkişafı Agentliyinin (MEDİA) üçüncü könüllülük proqramı uğurla yekunlaşıb.

Agentlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, oktyabr-yanvar aylarını əhatə edən proqramın məqsədləri gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində onların fəal iştirakına şərait yaratmaq, həmçinin təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq olub. Proqram çərçivəsində könüllülər fərdi və peşəkar inkişaf təlimlərində, yerli və beynəlxalq tədbirlərdə, sosial aksiyalar və layihələrdə iştirak ediblər, eyni zamanda, MEDİA-nın tədbirlərinin təşkilinə dəstək göstəriblər.

Üçüncü könüllülük proqramının yekunlaşması ilə bağlı MEDİA könüllüləri ilə görüşən Agentliyin İcraçı direktoru Əhməd İsmayılov proqramın nəticələrini müzakirə edib və məzun könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Proqramı uğurla başa vuran könüllülərə sertifikatlar təqdim olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM