Sosial qayğıya ehtiyacı olan şagirdlərə qış geyimləri verilib - FOTOLAR

Sosial qayğıya ehtiyacı olan şagirdlərə qış geyimləri verilib<font color=red> - FOTOLAR</font> Sosial qayğıya ehtiyacı olan şagirdlərə qış geyimləri verilib<font color=red> - FOTOLAR</font> Sosial qayğıya ehtiyacı olan şagirdlərə qış geyimləri verilib<font color=red> - FOTOLAR</font> Sosial qayğıya ehtiyacı olan şagirdlərə qış geyimləri verilib<font color=red> - FOTOLAR</font>

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq bu gün Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib.

Bu münasibətlə təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər.

Bildirilib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür. Bu kateqoriyadan olan uşaqların sosial müdafiəsi, reabilitasiyası, təhsili və cəmiyyətə inteqrasiyası daim diqqətdə saxlanılır, məktəbəqədər və ümumtəhsil məktəblərində təhsilə cəlb olunurlar. Bu sahədə görülən sistemli tədbirlərdən biri də Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin nəzdində Distant Təhsil Mərkəzinin fəaliyyətə başlamasıdır. Mərkəzin fəaliyyəti ilə sağlamlıq imkanları məhdud uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılanır, onların cəmiyyətə uyğunlaşması və təhsil almaq imkanı təmin edilir. Həmçinin muxtar respublikada audio və elektron kitabxana xidmətləri yaradılıb, görmə qabiliyyəti məhdud şəxslərə brayl kursları təşkil edilib. Nitq problemləri olanlar üçün isə defektoloji bölmə yaradılıb.

Qeyd olunub ki,  muxtar respublikada həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verib, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin təməli qoyulub. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların qış geyimləri ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Tədbirdə valideynlər adından çıxış edən Nahidə Əliyeva göstərilən qayğıya görə minnətdarlığını bildirdi.

Sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 54, sağlamlıq imkanları məhdud 283, hərəkət qabiliyyəti məhdud 24, aztəminatlı ailələrin övladlarından isə 162 olmaqla, ümumilikdə 523 uşağa isti qış geyimi təqdim olunub.

Qış geyimlərinin təqdimatı Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın rayonlarına da təşkil olunub.

Qeyd edək ki, bu kateqoriyadan olan şagirdlər sentyabr ayında məktəbli geyimi və dərs ləvazimatları ilə də təmin edilib.

Distant təhsilə cəlb olunan hərəkət qabiliyyəti məhdud uşaqlara isə qış geyimləri evlərində təqdim edilib.

Xosrov İbrahimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM