“Qarabağ Zəfəri ədəbiyyatımızda” mövzusunda tədbir keçirilib - FOTOLAR

“Qarabağ Zəfəri ədəbiyyatımızda” mövzusunda tədbir keçirilib<font color=red> - FOTOLAR</font> “Qarabağ Zəfəri ədəbiyyatımızda” mövzusunda tədbir keçirilib<font color=red> - FOTOLAR</font> “Qarabağ Zəfəri ədəbiyyatımızda” mövzusunda tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Sarayında “Qarabağ Zəfəri ədəbiyyatımızda” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova və Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədovun çıxışları dinlənilib. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbədən, hərbçilərimizin qəhrəmanlıqlarından söz açıblar. Qeyd edilib ki, Babək rayonunun vətənpərvər övladları da bu döyüşlərdə fədakarlıq göstərib, qanları bahasına üçrəngli bayrağımızı işğaldan azad etdikləri vətən torpaqlarında dalğalandırıblar.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev “Qarabağ Zəfəri ədəbiyyatımızda” mövzusunda çıxış edib. Qeyd edib ki, Qarabağ savaşında əldə etdiyimiz Parlaq Qələbə şair və yazıçılarımızı yeni əsərlər yazmağa ruhlandırdı. Otuz illik həsrətə 44 gündə son qoyan igidlərimiz ədəbiyyatımızın baş qəhrəmanına çevrildi və bununla da Tarixi Zəfərimizi əks etdirən yüzlərlə şeirlər, poemalar, hekayələr yarandı.

Bildirilib ki, şair və yazıçılardan Ramiz Babayevin "Salam, Şuşa”, Güllü Məmmədovanın "Fatehlərin zəfəri", Şükür Qafarın "Savaş hələ bitməyib", "Savaş zəfərlə bitdi", Natiq Əlisoyun "Müharibənin görünməyən qəhrəmanları", Səfi Abdullanın "Mərmidən xatirələr", Alməmməd Eldaroğlunun "Dağlar qartalı", "Vətən harayı", Təranə Arifqızının "Qarabağda 44 gün", Səadət İsmayıllının "Bir zirvənin fatehi", Qumru Qüdrət Naxçıvanlının "Zəfərə addım-addım", Rəqsanə Nəcəfovanın "İşğaldan qələbəyə 44 addım", Tərifə Kərimovanın "Ulduzlar altında", məktəbli şairlər Sabrina Gültəkinin "Şəhid Vüsalın dastanı", "Mahnın da, adın da dastana döndü”, Əmir İmanovun "Zəfər tarixi", Sevgi Poladqızının "Tarix yazanlar", Aysu Heydərlinin "Salam olsun Vətənə" kitablarında tarixi qələbəmiz öz parlaq əksini tapdı.

Tədbirdə iştirak edən şairlər vətənpərvərlik ruhunda şeirlərini bədii qiraət edib, kitablarını rayon kitabxanasına hədiyyə ediblər.

Sevgili Mustafazadə

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM