"TURKOVAC" vaksini ilə bağlı klinik sınaqların ilkin məlumatları Türkiyə tərəfinə təhvil verilib

"TURKOVAC" vaksini ilə bağlı klinik sınaqların ilkin məlumatları Türkiyə tərəfinə təhvil verilib

Türkiyə Sağlıq Elmləri İnstitutunun və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzi ilə birgə həyata keçirdiyi üçüncü faza klinik sınaqları "TURKOVAC" vaksinini əhatə edir. Hazırda ilkin məlumatlar toplanaraq daha dəqiq və dərin təhlil üçün Türkiyə tərəfinə təhvil verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Nazir Azərbaycanda COVID-19 əleyhinə yetərincə vaksin ehtiyatı olduğunu diqqətə çatdıraraq peyvəndləmədən keçməyən vətəndaşları bu prosesə qoşulmağa çağırıb.

"Bir neçə həftə əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının başa çatması ilə bağlı işıq ucu göründüyünü bəyan etdi. Pandemiyanın ilk günlərindən başlayaraq bugünkü gün üçün ölüm sayları ən minimal həddədir. Lakin yoluxma sayları hələ də mövcuddur. Buna baxmayaraq, pandemiyanın sonuna doğru getdiyimizi bəyan edə bilərik", - deyə T.Musayev bildirib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM