Avqustun 12-də Azərbaycanda COVID-19 əleyhinə 1733 doza vaksin vurulub

Avqustun 12-də Azərbaycanda COVID-19 əleyhinə 1733 doza vaksin vurulub

Avqustun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1733 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 303, ikinci doza vaksinlərin sayı 152, üç və daha çox doza vaksinlərin sayı 1070, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 208-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 836 min 46, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 369 min 674, ikinci mərhələ üzrə 4 milyon 859 min 378, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 350 min 213, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 256 min 781-dir.

Xəbər lenti
İgid ölər, adı qalar…

15:02 16.04.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM