Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb

Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb

Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupunu aparan təyyarə bu gün Bakı vaxtı ilə saat 12:30-da yola düşüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri jurnalistlərə açıqlamasında bildirib ki, təyyarənin saat 16:30-da Ciddəyə enəcəyi gözlənilir.

Şöbə müdiri deyib ki, ilk olaraq 180 zəvvar yola düşüb, onlar Ciddəyə çatdıqdan sonra avtobuslara minib ehram bağlanılan məscidə gedəcəklər. İyunun 30-u sübh saatlarında isə Həcc ziyarətinə başlayacaqlar.

Qeyd edək ki, ümumilikdə zəvvarlar iyunun 29, 30 və iyulun 1, 2-də gündə bir reys olmaqla səfər edəcəklər. Vüsal Cahangiri qeyd edib ki, zəvvarların geri dönüşü hər gün iki reys olmaqla iyulun 19 və 20-də olacaq:

“Ümumilikdə, Azərbaycandan 680 zəvvar ziyarətə gedəcək. Ən gənc zəvvar 2001-ci il təvəllüdlü xanım, ən yaşlı zəvvar isə 1957-ci il təvəllüdlü kişidir”.

Xəbər lenti
Çox oxunan xəbərlər