Şıxmahmud kəndində yeni avtomat telefon stansiyası quraşdırılır - VİDEO

Muxtar respublikada yeni fərdi yaşayış evlərinin tikintisi abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını zərurətə çevirib. Cari ildə də bu istiqamət üzrə işlər görülüb, rabitəçilər tərəfindən Naxçıvan şəhərində və digər rayonlarda müxtəliftutumlu yeni nəsil avtomat telefon stansiyaları quraşdırılıb.

İlin birinci yarısında Naxçıvan şəhərinin Qaraçuq kəndində, Babək rayonunun Nehrəm qəsəbəsində və Şahbuz şəhərində müxtəliftutumlu yeni nəsil avtomat telefon stansiyaları sakinlərin istifadəsinə verilib.

Bu günlərdə isə Babək rayonunun daha bir yaşayış məntəqəsində - Şıxmahmud kəndində yeni avtomat telefon stansiyası quraşdırılır.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM