Beynəlxalq Ailə Günü qeyd edilib - FOTOLAR

Beynəlxalq Ailə Günü qeyd edilib<font color=red> - FOTOLAR</font> Beynəlxalq Ailə Günü qeyd edilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 13-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may – Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ailə siyasəti tarixi keçmişimizə, min illərdən süzülüb gəlmiş milli-mənəvi dəyərlərimizə və əsrlərlə formalaşmış ailə münasibətlərinə əsaslanır.

Qeyd edilib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Bu siyasət hər bir ailənin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Muxtar respublikada yaşayan xüsusi qayğıya ehtiyacı olan ailələrə mütəmadi olaraq baş çəkilir, onlara bayram günlərində hədiyyələr təqdim olunur, müavinətlər verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq muxtar respublikada müharibə veteranlarına, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara, eləcə də hərbi qulluqçuların, səmərəli fəaliyyət göstərən şəxslərin ailələrinə mənzillər verilir.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayonlarında və kənd¬lərində eləcədə qadınlar və gənclər arasında müvafiq mövzularda konfranslar, seminarlar keçirilir, yazı və rəsm müsabiqələri təşkil edilirr, eləcə də kütləvi informasiya vasitələrində müntəzəm çıxışlar edilir, maarifləndirici tədbirlər görülür. Həmçinin qadınların məşğulluqlarının artırılması sahəsində sərgi-satışların keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikamızda milli-mənəvi dəyərlərinə bağlı olan, adət-ənənələrini dərindən mənimsəyən nümunəvi uzunömürlü ailələrimizin hər il evlilik yubileyləri qeyd olunur.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev qeyd edib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə görülən işlər çərçivəsində, təkcə ötən il 28 şəhid ailəsi mənzillə, müvafiq kateqoriyadan olan 28 nəfər avtomobillərlə təmin olunub, cari ildə isə daha 20 ailəyə mənzil və avtomobillər təqdim edilib. Postmüharibə dövründə, ümumilikdə 126 şəhidin 251 ailə üzvünə vəsiqələr verilib, 279 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 39 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilib. Həmçinin, bu müddət ərzində ailə üzvlərində müharibə iştirakçısı üzvü olan 78 ailə özünüməşğulluq proqramına cəlb edilib.

Nazir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrasının əhalinin maddi rifah halının yüksəlməsinə əhəmiyyətli təsir göstərdiyini bildirib.

Çıxışlarda ailələrə göstərilən hərtərəfli dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Sonra uzunömürlü ailənin, şəhid ailəsinin, hərbiçi ailəsinin, ailə təsərrüfatı ilə məşğul olan ailənin üzvlərinin çıxışları dinlənilib. Çıxış edənlər onlara göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər. Ailə üzvlərinə hədiyyələr təqdim edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, sənətşünas alim Nizami Alıyev çıxış edərək “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik ” mövzusunda IX muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsinə marağın çox böyük olduğunu bildirib, qalibləri təbrik edib. Sonra sözügedən müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Tədbirdə müsabiqə qaliblərinin əl işləri sərgilənib.

Sonda Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, 11 nömrəli Uşaq bağçasının balaca fidanlarının və nümunəvi musiqiçi ailəsinin ifasında musiqi nömrələri dinlənilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM