satellite   Azerspace-1: 11135 H 30000

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub.

Bu barədə NTV-yə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

"Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar", məlumatda bildirilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM