satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olmasının ildönümüdür

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olmasının ildönümüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun şəhid olmasının ildönümüdür.

NTV  xəbər verir ki, Allahverdi Bağırov 1946-cı ildə Ağdamda anadan olub. O, gənclik illərində futbolçu kimi fəaliyyət göstərib, daha sonra Ağdamın "Qarabağ" klubunun baş məşqçisi olub.

Qarabağ müharibəsinin ilk illərində Ağdamda özünümüdafiə dəstələrinin yaradılmasında mühüm rol oynayan Bağırov 1991-ci ildə yaradılan 845 saylı Ağdam Ərazi Özünümüdafiə Taboruna komandanlıq edib.

1992-ci ilin fevralında Xocalı faciəsi zamanı onun rəhbərlik etdiyi tabor yüzlərlə sakinin xilas edilməsində iştirak edib. Həmçinin erməni tərəfi ilə aparılan danışıqlar nəticəsində çoxsaylı əsir və girov azad olunub, yüzlərlə azərbaycanlının nəşi geri qaytarılıb.

Allahverdi Bağırovun son böyük əməliyyatı 1992-ci il iyunun 12-də həyata keçirilib. Azərbaycan Ordusu onun komandanlığı altında bir neçə yaşayış məntəqəsini nəzarətə götürərək Əsgəran istiqamətində irəliləyib.

İyunun 14-də isə Ağdama qayıdarkən olduğu avtomobil minaya düşüb və Allahverdi Bağırov şəhid olub. O, ölümündən sonra - 24 fevral 1993-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Qəbələdə zəlzələ olub

15:51 12.06.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM