Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan azyaşlı həyatını itirib.
NTV-nin məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, yanğın nəticəsində xəsarət alan 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, yanğın zamanı 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızı da xəsarət alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Xatırladaq ki, yanğın Culfa şəhərində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
