satellite   Azerspace-1: 11135 H 30000

Bakı metrosu yay qrafikinə keçib

Bakı metrosu yay qrafikinə keçib

İyunun 16-dan “Bakı Metropoliteni” QSC-nin hərəkət cədvəli dəyişdiriləcək.

QSC-dən NTV-yə bildirilib ki, ali məktəblərdə və ümumtəhsil müəssisələrində müntəzəm tədris prosesinin başa çatması, həmçinin fəal istirahət dövrünün başlanması ilə əlaqədar sərnişin axınının azalmasını nəzərə alan qurum qatarların hərəkətini yay qrafikinə uyğun təşkil edəcək.

Dəyişiklikdən sonra metronun “28 May−Əhmədli” sahəsində qatarlararası interval iş günləri pik saatlarda 2 dəqiqə 18 saniyə, şənbə günlərində 2 dəqiqə 30 saniyə, bazar günlərində isə 3 dəqiqə olacaq.

“Bakmil” və geri istiqamətdə hərəkət cədvəli metropolitenin saytında dərc ediləcək. Bənövşəyi xətt, həmçinin “Cəfər Cabbarlı−Xətai” və “Həzi Aslanov−Əhmədli” mənzillərində qatarların hərəkət cədvəli dəyişməyəcək. Nəzarət tədbirləri və monitorinqlər davam etdiriləcək, zərurət yarandıqda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Yay hərəkət qrafiki yeni tədris mövsümü başlanana qədər qüvvədə olacaq”, - deyə qurumun məlumatında bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM