satellite   Azerspace-1: 11135 H 30000

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Goranboy rayonunun Səmədabad kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən NTV-yə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobillərdə sıxılı vəziyyətdə qalan və müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaşlar - 1942-ci il təvəllüdlü Gülnarə Məhəmməd qızı Hüseynova və 1991-ci il təvəllüdlü Çinarə Heybət qızı Əsgərova xilas edilərək təcili tibbi yardım briqadasına təhvil veriliblər.

Xilasedicilər tərəfindən 1969-cu il təvəllüdlü Rza Yəhya oğlu Qasımov və 1940-cı il təvəllüdlü Şahbaz İsmayıl oğlu Qarayevin meyiti avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza nəticəsində ümumilikdə 3 nəfər xəsarət alıb, 2-si həyatını itirib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM