satellite   Azerspace-1: 11135 H 30000

AMB Naxçıvanda keçirilən vətəndaş qəbullarının əlçatanlığını artırır

AMB Naxçıvanda keçirilən vətəndaş qəbullarının əlçatanlığını artırır

Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan Muxtar Respublikasında vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə daha bir addım atıb.

NTV quruma istinadən xəbər verir ki, iyunun 8-dən bölgədə yerləşən "ASAN xidmət" mərkəzində də (Ünvan: Naxçıvan şəhəri, Seyid Cəfər Pişəvəri, 7) vətəndaşlar qəbul ediləcək.

Bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edir.

Bu ilin fevral ayından etibarən vətəndaşların qəbulu ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti, 23) və ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti, 115) mərkəzlərində həyata keçirilir.

Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaş qəbulu həyata keçirilməkdədir. Bu məqsədlə Yevlax şəhəri, Heydər Əliyev prospekti, 82 ünvanında, Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, 2B ünvanında yerləşən ərazi idarələrində vətəndaş qəbulu otağı fəaliyyət göstərir. Eyni zamanda il ərzində müxtəlif şəhər və rayonlarda səyyar qəbullar təşkil olunur.

Vətəndaş qəbulu ilə bağlı əlavə məlumat üçün "966" Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM