satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avtobusla minik maşını toqquşub, xəsarət alanlar var

Naxçıvanda avtobusla minik maşını toqquşub, xəsarət alanlar var

Naxçıvanda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

NTV xəbər verir ki, hadisə Naxçıvan–Şahbuz magistralının Babək rayonunun Şıxmahmud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili ilə 8 nömrəli sərnişin avtobusunun toqquşması nəticəsində Abbas Rəsul oğlu Abbasov, Bəylər Eldəniz oğlu Vəliyev və Yaqut Elsevər qızı Hənifəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM