satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda uşaqların sayı açıqlanıb

Naxçıvanda uşaqların sayı açıqlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NTV-yə  verilən məlumata görə, 2026-cı il yanvarın 1-i vəziyyətinə Naxçıvan Muxtar Respublikasında uşaqların ümumi sayı 112 min 543 nəfər olub ki, bu da region əhalisinin ümumi sayının 23,8 faizini təşkil edir. Rəsmi statistikaya əsasən, uşaqların 58 min 906 nəfəri oğlan, 53 min 637 nəfəri isə qız uşaqlarıdır.

Komitədən bildirilib ki, bu ilin yanvar-mart aylarında muxtar respublika üzrə 680 körpə doğumu qeydə alınıb. Hesabat dövründə doğulan uşaqların cinslər üzrə nisbətində bərabərlik müşahidə olunub. Belə ki, dünyaya gələn körpələrin 340-ı, yəni 50 faizi oğlan, eyni vəziyyətdə 340-ı, yəni 50 faizi isə qız olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM