Referans Naxçıvan Tibb Mərkəzində 4 iyun tarixində Hepatit B və C viruslarının erkən aşkarlanmasına yönəlik ödənişsiz skrininq aksiyası keçiriləcək.
Tibbi araşdırmalar göstərir ki, qaraciyər xəstəlikləri uzun müddət özünü büruzə vermədən inkişaf edə bilir. Hepatit B və C virusları isə vaxtında aşkarlanmadıqda ciddi fəsadlara o cümlədən xroniki hepatit, qaraciyər sirozu və qaraciyər xərçənginə səbəb ola bilir.
Bu baxımdan erkən diaqnostika xüsusi əhəmiyyət daşıyır.
Aksiya çərçivəsində Bakıdan dəvət olunmuş Qastroenteroloq və Hepatoloqları İctimai Birliyinin sədri, qastroenteroloq-hepatoloq tibb üzrə fəlsəfə doktoru Gülnarə Ağayeva, və hepatoloq Səltənət Efendiyeva tərəfindən vətəndaşların müayinəsi həyata keçiriləcək.
Aksiya iştirakçıları Hepatit B və C analizlərini tam ödənişsiz şəkildə verə, peşəkar həkim məsləhəti və laboratoriya xidmətlərindən yararlana biləcəklər. Müayinələrin sürətli və etibarlı test nəticələri əsasında aparılması erkən müdaxilə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Yerlər məhdud olduğundan, iştirak etmək istəyənlərə öncədən qeydiyyatdan keçmək tövsiyə olunur.
Ünvan: Naxçıvan şəhəri, 11-ci Məhəllə (Yeni Naxçıvan, köhnə Kanal 35-in yaxınlığı).
Əlaqə nömrəsi: +994 60 600 00 33
Çağrı mərkəzi: *0033
