satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 29 millimetrədək yağıntı düşüb

Naxçıvanda 29 millimetrədək yağıntı düşüb

Mayın 22-dən 25-dək Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən  NTV-yə verilən məlumata görə, mayın 25-i saat 10:00-a olan məlumata əsasən, muxtar respublikanın müxtəlif bölgələrində yağıntılı hava şəraiti müşahidə olunub.

Mayın 22-dən 25-dək düşən yağıntının miqdarı Naxçıvan şəhərində 29 mm, Şərurda 13 mm, Şahbuzda 18 mm, Biçənəkdə (Şahbuz) 28 mm, Küküdə (Şahbuz) 14 mm, Ordubadda 6 mm, Parağaçayda (Ordubad) 20 mm, Culfada 10 mm, Göydərədə (Culfa) 9 mm, Kəngərlidə 26 mm, Sədərəkdə 21 mm, Axurada (Şərur) isə 20 mm qeydə alınıb.

Müşahidə olunan yağıntılar bəzi ərazilərdə havanın temperaturunun enməsinə və çaylarda sululuğun artmasına səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM