Yaxın Şərqdə davam edən böhran region ölkələrində sosial-iqtisadi problemləri daha da dərinləşdirərək milyonlarla insanın həyat şəraitinə mənfi təsir göstərir.
NTV xəbər verir ki, bu fikirləri BMT İnkişaf Proqramının (UNDP) nümayəndəsi Fransin Pikap Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkil etdiyi “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, belə miqyaslı böhranların təsirləri uzunmüddətli olur və atəşkəs əldə olunsa belə, sosial-iqtisadi nəticələr uzun illər hiss edilir.
“Bu böhranın yaratdığı dalğavari təsirlər dünyanın müxtəlif regionlarında uzun müddət davam edəcək. İran hazırda ən ciddi sosial-iqtisadi geriləmə ilə üzləşən ölkələrdən biridir. İran artıq uzun müddətdir sanksiyalar, yüksək inflyasiya və alıcılıq qabiliyyətinin zəifləməsi səbəbindən ciddi iqtisadi təzyiqlərlə qarşılaşırdı. Hərbi eskalasiya isə bu vəziyyəti daha da ağırlaşdırır”, - deyə o vurğulayıb.
