satellite   Azerspace-1: 11135 H 30000

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib - FOTOLAR

TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib<font color=red> - FOTOLAR</font> TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib<font color=red> - FOTOLAR</font> TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib<font color=red> - FOTOLAR</font> TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib<font color=red> - FOTOLAR</font> TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib<font color=red> - FOTOLAR</font> TDT Ağsaqqallar Şurasının sədri Kayseridə “Şuşa Azərbaycan Evi”ni ziyarət edib<font color=red> - FOTOLAR</font>

Türk Dövlətləri Təşkilatının (TDT) Türkologiya zirvəsi çərçivəsində Kayseri şəhərini ziyarət edən TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Şuşa Azərbaycan Evi”ni ziyarət edib.

 

NTV xəbər verir ki, ziyarət zamanı B.Yıldırımı Kayseri valisi Gökmən Çiçək, Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç və Talas rayonu bələdiyyəsinin sədri Mustafa Yalçın müşayiət ediblər.

 

“Şuşa Azərbaycan Evi”nin sədri Elşən Qənbərov və İdarə Heyəti üzvləri tərəfindən qarşılanan qonaqlar Kayseridə təhsil alan azərbaycanlı tələbələrin hazırladığı proqramı böyük maraq və rəğbətlə izləyiblər.

 

E.Qənbərov qonaqlara “Şuşa Azərbaycan Evi”nin yaranma prosesi, fəaliyyəti, Türk dünyasına yönəlik mədəni və akademik layihələri haqqında ətraflı məlumat verib.

 

O vurğulayıb ki, “Şuşa Azərbaycan Evi” sadəcə bir mədəniyyət mərkəzi deyil, eyni zamanda Türkiyə ilə Azərbaycan arasındakı “Bir millət, iki dövlət” anlayışının canlı təcəssümüdür.

 

Tədbir iştirakçıları Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətini vurğulayaraq, “Şuşa Azərbaycan Evi”nin bu istiqamətdə mühüm səylər göstərdiyini qeyd ediblər.

 

Daha sonra “Şuşa Azərbaycan Evi”nin həyətində yerləşən Xocalı soyqırımı abidəsi önünə qərənfillər qoyularaq, şəhidlərin xatirəsi ehtiramla yad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM