Bakının mərkəzi hissəsində piyadalar üçün unikal mühit yaradılıb.
NTV-nin məlumatına görə, bunu "Clean Air Fund" fondunun "Breathe Cities" təşəbbüsünün icraçı direktoru Sesiliya Vaka Cons Bakıda keçirilən WUF13 çərçivəsində "Yeni şəhər gündəliyi: dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Bakıda səhər qaçışı zamanı mehmanxanadan sahilə qədər yolu demək olar ki, avtomobil yollarını keçmək ehtiyacı olmadan piyada zonaları və yaşıl dəhlizlər vasitəsilə qət edə bilib.
"Bu, heç də bütün şəhərlərin sahib olmadığı bir üstünlükdür. Buna görə Bakını təbrik etmək istəyirəm", - o deyib.
Cons həmçinin havanın keyfiyyəti ilə bağlı müzakirənin məhz "küləklər şəhəri" kimi tanınan Bakıda keçirilməsinin simvolik məna daşıdığını qeyd edib: "Külək, yəqin ki, havanı hiss etməyin ən təsirli yoludur".
