satellite   Azerspace-1: 11135 H 30000

UNOSSC direktoru: WUF13-də ASAN xidmət təcrübəsinə beynəlxalq maraq var

UNOSSC direktoru: WUF13-də ASAN xidmət təcrübəsinə beynəlxalq maraq var

Cənub-Cənub əməkdaşlığı üzrə Yüksək Səviyyəli Komitə inkişaf etməkdə olan ölkələrin qlobal gündəlikdə təmsil olunmasında mühüm rol oynayır.

NTV xəbər verir ki, bu barədə “Qlobal Cənub QHT Platforması”nın mayın 20-də WUF-13-də “Urban Expo” çərçivəsində təşkil olunan tədbirində çıxış edən BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib deyib.

Dima Al-Khatib vurğulayıb ki, komitə inkişaf etməkdə olan ölkələrin maraqlarını əks etdirən əsas qlobal təşəbbüslərin təşviqində iştirak edir. O, ən az inkişaf etmiş ölkələr üçün Doha Fəaliyyət Proqramını, dənizə çıxışı olmayan ölkələr üçün Türkmənistanda qəbul edilmiş Avaza Proqramını, ortagəlirli ölkələr üçün Filippində qəbul edilən Makati Fəaliyyət Planını və kiçik ada dövlətləri üçün xüsusi qlobal gündəliyi nümunə göstərib.

UNOSSC direktoru qeyd edib ki, bu təşəbbüslər ölkələr üçün fəaliyyət planlarının hazırlanması, təcrübə mübadiləsi və ortaq əməkdaşlıq mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyətlidir. O, həmçinin inkişafın maliyyələşdirilməsi gündəliyinin və sosial inkişaf üzrə beynəlxalq təşəbbüslərin də Cənub ölkələri üçün mühüm platforma olduğunu diqqətə çatdırıb.

Çıxış zamanı Azərbaycanın ASAN xidmət modeli də xüsusi vurğulanıb. Dima Al-Khatib bildirib ki, “ASAN xidmət” dövlət xidmətlərinin təqdim edilməsində uğurlu model hesab olunur və bəzi ölkələr artıq bu təcrübə əsasında əməkdaşlıq edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM