satellite   Azerspace-1: 11135 H 30000

ANAMA: 57 mina və 378 digər partlayıcı sursat zərərsizləşdirilib

ANAMA: 57 mina və 378 digər partlayıcı sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən mayın 11-17-də icra edilən əməliyyatlara dair məlumatı açıqlayıb.

ANAMA-dan NTV-yə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən piyadaəleyhinə 32, tankəleyhinə 25 mina və 378 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmin müddətdə 1266,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM