satellite   Azerspace-1: 11135 H 30000

Bayraqqaldırmada şəhid övladları da iştirak edib - FOTOLAR

Bayraqqaldırmada şəhid övladları da iştirak edib<font color=red> - FOTOLAR</font> Bayraqqaldırmada şəhid övladları da iştirak edib<font color=red> - FOTOLAR</font>

Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz övladları da iştirak ediblər.

NTV xəbər verir ki, bu barədə “ZƏFƏR Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin oğlu Əli Əlizadə və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, qrup komandiri Camal İsmayılovun qızı Əsnad İsmayılzadə forumun açılış mərasimində bayraqqaldırma mərasimində yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM