satellite   Azerspace-1: 11135 H 30000

Muxtar Babayev: Xəzərdə su səviyyəsinin azalması risklər yaradır

Muxtar Babayev: Xəzərdə su səviyyəsinin azalması risklər yaradır

Son illərdə Xəzər dənizində su səviyyəsinin azalması sahilyanı icmalar, ekosistemlər, nəqliyyat bağlantıları və regional infrastruktur üçün artan ekoloji, iqtisadi və sosial risklər yaradır.

NTV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyasında çıxışında deyib.

O bildirib ki, dünya əhalisinin 55%-dən çoxu şəhər ərazilərində yaşayır və bu göstəricinin 2050-ci ilə qədər təxminən 70%-ə çatacağı proqnozlaşdırılır.

"Bu gün iqlim miqrasiyası ilə bağlı müzakirələr əvvəlkindən daha аktual xarakter daşıyır. Dünya Bankının proqnozlarına görə, kifayət qədər iqlim və inkişaf tədbirləri görülməzsə, iqlim dəyişikliklərinin təsiri nəticəsində 2050-ci ilə qədər 260 milyondan çox insan öz ölkələri daxilində köçməyə məcbur qala bilər. Bu məsələ xüsusilə su qıtlığı və ekoloji deqradasiya ilə üzləşən regionlar üçün böyük əhəmiyyət daşıyır".

Muxtar Babayev diqqətə çatdırıb ki, region üçün həyati əhəmiyyətə malik olan Xəzər dənizi də iqlim dəyişikliklərinin ciddi nəticələri ilə üzləşir.

"Son illərdə Xəzər dənizində su səviyyəsinin azalması əhəmiyyətli dərəcədə sürətlənib və bu, sahilyanı icmalar, ekosistemlər, nəqliyyat bağlantıları və regional infrastruktur üçün artan ekoloji, iqtisadi və sosial risklər yaradır. Qlobal Cənub ölkələrindəki icmalar, o cümlədən kiçik ada inkişaf etməkdə olan dövlətlər, ən az inkişaf etmiş ölkələr və dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr temperatur artımı, ekoloji deqradasiya və ekstremal hava hadisələrinin dağıdıcı təsirləri ilə üzləşməkdə davam edir" - o vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM