satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Aztelekom arasında işgüzar görüş keçirilib - FOTOLAR

Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Aztelekom arasında  işgüzar görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Aztelekom arasında  işgüzar görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Aztelekom arasında  işgüzar görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Aztelekom arasında  işgüzar görüş keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Aztelekom arasında  işgüzar görüş keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər heyəti və tabeli qurumlarının əməkdaşları ilə “Aztelekom” MMC-nin nümayəndələri arasında işgüzar görüş baş tutub.

Görüş zamanı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublika ərazisində rəqəmsal infrastrukturun gücləndirilməsi, internet xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, keyfiyyətinin yüksəldilməsi və fasiləsizliyinin təmin olunması məsələləri müzakirə olunub.

Tərəflər xüsusilə GPON (Gigabit Passive Optical Network) texnologiyasının Naxçıvanda tətbiqi imkanlarını, mövcud texniki resursları, layihənin mərhələli icra planını və potensial çətinlikləri ətraflı nəzərdən keçiriblər. “Aztelekom”-un nümayəndələri tərəfindən layihənin effektiv həyata keçirilməsi ilə bağlı texniki tövsiyələr təqdim olunub, həmçinin zəruri metodoloji və texniki dəstəyin göstəriləcəyi bildirilib.

Görüşün əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəflərin vaxtında və səmərəli icrasını təmin etmək, əhalinin sürətli, keyfiyyətli və dayanıqlı internet xidmətlərinə çıxış imkanlarını daha da genişləndirməkdir.

Tərəflər qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və rəqəmsal transformasiya istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM