satellite   Azerspace-1: 11135 H 30000

Sədərəkdə Birinci Qarabağ müharibəsinin şəhidi Muxtar Məmmədovla vida mərasimi keçirilib - FOTOLAR

Sədərəkdə Birinci Qarabağ müharibəsinin şəhidi Muxtar Məmmədovla vida mərasimi keçirilib<font color=red> - FOTOLAR</font>

Beyləqan rayonunda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Muxtar Bayram oğlu Məmmədovun meyitinin qalıqları Sədərək rayonuna gətirilib.

NTV-nin məlumatına görə, şəhidin nəşi Şərurda ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub. O, 1994-cü il yanvarın 1-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

M.Məmmədov Şərur şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM