satellite   Azerspace-1: 11135 H 30000

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən lombardların birində quldurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, şəxsiyyətini gizlətmək üçün maska ilə kamuflyaj olunan naməlum şəxs odlu silaha oxşar əşya ilə obyektə daxil olaraq pul tələb edib. Orada çalışan iki qadın işçini pulu verməyəcəkləri təqdirdə ölümlə hədələyib.

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı Savalan Balabəyli müəyyən olunaraq saxlanılıb.

Quldurluq hadisəsi obyektin təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM