Naxçıvanda dönərxanalarda keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Naxçıvanda dönərxanalarda keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Məhsullar risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir və Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. 

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi İnstitutundna NUHÇIXAN-a verilən məlumata görə, aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Qida təhlükəsizliyi baxımından əhali arasında baş vermiş qida zəhərlənmələri hallarını təhlil etmək, habelə onların yayılmasının qarşısının alınmasına və aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək məqsədilə muxtar respublikada fəaiyyət göstərən 34 dönərxanada monitorinqlər aparılıb. 

Monitorinqlər çərçivəsində dönərlərdən nümunələr götürülərək müayinə məqsədilə Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. 

Müayinələr nəticəsində 4 nümunədə (2 toyuq və 2 mal əti dönəri) uyğunsuzluqlar aşkarlanıb. Sınaq nəticələrindən asılı olaraq müvafiq tədbirlər həyata keçirilib, 1 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. İstehlak edilən qida məhsulları ilə bağlı vətəndaşlarda hər hansı şübhə yarandıqda, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla (036) 545-28-83 əlaqə nömrəsi ilə Agentliyə məlumat verilə bilər. 

İstehlakçı hüquqlarının qorunması istiqamətində Agentlik tərəfindən qeyd olunan sahədə nəzarət tədbirləri davam etdiriləcək və nəticələri barədə mütəmadi ictimaiyyətə məlumat veriləcəkdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM