Avtomobil ehtiyat hissələri və güclü təsiredici dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTOLAR

Avtomobil ehtiyat hissələri və güclü təsiredici dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font> Avtomobil ehtiyat hissələri və güclü təsiredici dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb<font color=red> - FOTOLAR</font>

Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən gömrük orqanına bəyan edilməyən avtomobil ehtiyat hissələri və dərman vasitələrinin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən NUHÇIXAN-a bildirilib ki, “Samur” gömrük postunun idxal nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsindən yük müşayiət sənədlərində qeyd olunmayan və düzgün şəkildə bəyan edilməyən külli miqdarda avtomobil ehtiyat hissələri, tibbi ləvazimatlar və 200 kapsul “Tramadol 50 mq”, 25 ampul “Tramadol 100mq/2ml” adlı dərman vasitələri aşkar olunub.

Xatırladaq ki, “Tramadol” Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla əlaqədar araşdırma aparılır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM