Seçici siyahısının dəqiqləşdirilməsi mexanizmi açıqlanıb

Seçici siyahısının dəqiqləşdirilməsi mexanizmi açıqlanıb

Azərbaycan yeni milli dövlətçilik ənənələrinin formalaşmasında bir sıra addımlar atıb.

NUHÇIXAN-ın məlumatına görə, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Abiddin Hüseynov bildirib ki, seçkilərə artıq 2 aydan az vaxt qalıb: “Qarşımızda mühüm vəzifələr durur. Azərbaycanda bütün məhkumların səsvermə hüquqi tanınır”.

O bildirib ki, Ədliyyə Nazirliyi seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesində iştirak edir: “Əhalinin reyestrində olan məlumatlar MSK-nın İnformasiya Mərkəzinə də inteqrasiya olur. Bu da ölən şəxslərin seçici siyahılarından çıxarılması sahəsində problemlərin qarşısını alır. Bundan əvvəl bu kimi hallardan süni istifadə etmək istəyənlər olurdu”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM