Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobillər təqdim edilib - FOTOLAR

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12  şəxsə avtomobillər təqdim edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda əlilliyi müəyyən olunmuş 12  şəxsə avtomobillər təqdim edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda əlilliyi müəyyən olunmuş 12  şəxsə avtomobillər təqdim edilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda əlilliyi müəyyən olunmuş 12  şəxsə avtomobillər təqdim edilib<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, mayın 10-da, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli avtomobillərlə təmin olunan şəxslərlə görüşüb, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi və ordumuzun qazandığı tarixi qələbə münasibətilə təbriklərini çatdırıb.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan Birinci və İkinci Qarabağ müharibələrində haqq savaşına çıxıb. Şanlı ordumuzun qüdrəti sayəsində bu haqq savaşımız böyük qələbə ilə başa çatıb. Hər bir Azərbaycan vətəndaşının böyük qürur hissi ilə qeyd etdiyi bu qələbəni Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, müzəffər Ali Baş Komandanımıza, qüdrətli Azərbaycan Ordusuna, qəhrəman şəhid və qazilərimizə borcluyuq.

Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən səlahiyyətli nümayəndə bildirib ki, hər zaman şəhid ailələri, qazilər və müharibə veteranları dövlətin qayğısı ilə əhatə olunub və bundan sonra da onlar bu qayğıdan kənarda qalmayacaqlar. Bu işlərin davamı olaraq bu gün ərazi bütövlüyümüz, müstəqilliyimiz, konstitusiya quruluşunun müdafiəsi və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunmuş 12 nəfər avtomobillə təmin olunur. Bu istiqamətdə silsilə tədbirlər bundan sonra da davam etdiriləcək.

Sonra səlahiyyətli nümayəndə Fuad Nəcəfli avtomobillərin açarlarını təqdim edib.

Əlilliyi müəyyən olunmuş şəxslər və onların ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Səlahiyyətli nümayəndə sonda təqdim olunan avtomobillərə baxıb, avtomobillə təmin olunan şəxslərin hər birinə cansağlığı arzulayıb.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM