Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub - FOTOLAR

Ümummilli Liderin doğum günündə Naxçıvanda  aztəminatlı ailələrə sovqatlar təqdim olunub<font color=red> - FOTOLAR</font> Ümummilli Liderin doğum günündə Naxçıvanda  aztəminatlı ailələrə sovqatlar təqdim olunub<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, Ümummilli Lider Heydər Əliyev vətəndaş rifahının təminatını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edib, dövlət sosial siyasət modelinin əsasını qoyub. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə davamlı sosial layihələr icra olunur. Əlamətdar günlərdə və bayramlarda mütəmadi olaraq aztəminatlı ailələrə sovqatların çatdırılması da belə sosial layihələrin mühüm tərkib hissəsidir.

Mayın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvanda 1200 aztəminatlı ailəyə sovqatlar təqdim olunub.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, konfederasiyanın sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev sovqatın təşkili ilə bağlı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat veriblər.

Bildirilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan 1200 aztəminatlı ailə üçün gətirilmiş sovqatlar müxtəlif ərzaq məhsullarından ibarətdir.

Sovqat daşıyan avtomobillər təyinatı üzrə ünvanlara yola salınıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM