Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb - FOTOLAR

Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərinin Səməd Vurğun küçəsində qrunt sularının səviyyəsi aşağı salınıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan şəhər Səməd Vurğun küçəsinin sakinləri Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ərizə əsasında müraciət ediblər.

Cəmiyyətdən NUHÇIXAN-a verilən məlumata görə, ərizədə qeyd olunub ki, vətəndaşların yaşayış evlərinin yerləşdiyi ərazidə qrunt sularının səviyyəsi yüksəlib. Nəticədə, yaşayış evlərinin zirzəmilərinə su yığılıb. Vətəndaşların ərizəsi əsasında Cəmiyyətin mütəxəssisləri dərhal qeyd olunan ünvana baxış keçiriblər. Məlum olub ki, həqiqətən sakinlərin mənzillərinin zirzəmilərinə qrunt suları yığılıb. Yaranan problemin aradan qaldırılması üçün ərazidə qapalı drenaj xəttinin çəkilməsi məqsədəuyğun hesab olunub. 

Mənzillərin zirzəmilərinə yığılan qrunt sularının çəkilməsi üçün Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabe idarəsi olan Su Təmir-Tikinti İdarəsi tərəfindən ərazidə qapalı drenaj xəttinin çəkilməsinə başlanılıb. İdarə əməkdaşları tərəfindən 90 metr uzunluğunda 200 millimetrlik polietilen (HDP) borularla qapalı drenaj xətti çəkilərək mövcud kanalizasiya xəttinə birləşdirilib. Görülən işlərin nəticəsində ərazidə qrunt sularının səviyyəsi aşağı salınıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM