Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir - YENİLƏNƏCƏK

Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir<font color='red'> - YENİLƏNƏCƏK</font>

Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Vəkillər kollegiyalarının birgə təşkilatçılığı Ümummilli Lider Heydər Əliyevin 101, Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans, həmçinin vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub.

Qeyd edək ki, konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov və başçılıq etdiyi nümayəndə heyəti, eləcə də deputatlar, vəkillər, III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə və digər rəsmi şəxslər iştirak edirlər.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM