Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb - FOTOLAR

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb<font color=red> - FOTOLAR</font> Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb<font color=red> - FOTOLAR</font>

NUHÇIXAN xəbər verir ki, aprelin 18-də Naxçıvan Muxtar Respublikası ərazisində hidrogeoloji işlərin aparılması, yeraltı suların dayanıqlığını, kimyəvi tərkibini, ekoloji vəziyyətə təsirinin qiymətləndirilməsi və digər məsələlərlə bağlı “Gulf Drilling Saplay FZE” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti arasında memorandum imzalanıb. 

Tədbirdə Naxçıvan Muxtar Respublikası Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrini müvəqqəti icra edən Malik Rzayev bildirib ki, suvarma və içməli su problemlərinin həll olunması üçün etibarlı su mənbələrindən istifadə olunması mütləqdir. Muxtar respublika ərazisində ən etibarlı su mənbəyi Araz çayı və onun üzərindəki su anbarıdır. Araz çayının mövcud potensialından səmərəli istifadə etmək məqsədilə bir neçə layihə hazırlanmaqdadır. Bu layihələrin gerçəkləşməsi muxtar respublikanın suvarma suyuna olan təlabatının ödənilməsi istiqamətində əsaslı köməklik edəcəkdir. İmzalanan yeni memorandum da muxtar respublikanın su ehtiyatlarının artırılmasına öz töhfəsini verəcək.

“Gulf Drillinq Saplay FZE” şirkətinin Azərbaycandakı filialının prezidenti Şaiq Bəkirov muxtar respublikanın su ehtiyatlarının artırılması üçün birgə fəaliyyət istiqamətlərindən danışıb, memorandumla bağlı təqdimatlar edib.

Tədbirdə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM